İsmayılov təəssüfləndi
21.08.2010 - 20:56
İsmayılov təəssüfləndi
Unibank Premyer Liqasının III turunun açılış oyununda "Gəncə" öz meydanında AZAL-ı qəbul edib. Apasport.az saytının xəbərinə görə, hesabı ilk hissədə gəncəlilər açsalar da, ikinci yarıda qonaq komanda bərabərlik qolu vurub.

Oyundan sonra keçirilən mətbuat konfarsında “Gəncə”nin baş məşqçisi Fuad İsmayılov qələbinin əldən verilməsindən təəssüfləndiyini bildirib: “Oyunçularıma tapşırmışdım ki, rəqibin səhvlərindən maksimum istifadə etsinlər. Səhvdən istifadə edib hesabı açsaq da, təəssüf ki, sona qədər üstünlüyü qoruyub saxlaya bilmədik. Bu gün Azərbaycanın çox güclü komandalarından biri ilə qarşılaşdıq”.