“Xəzər Lənkəran”ın bəzi futbolçuları Fair Play qaydalarına riayət etmədilər”
21.08.2010 - 22:17
“Gərgin oyun keçdi. "Xəzər Lənkəran"nın bəzi futbolçuları və bəzi məşqçiləri Fair Play qaydalarına riayət etmədilər”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.
Gürcüstanlı çalışdırıcı Unibank Premyer Liqasının III turunda “Xəzər-Lənkəran”la oyundan (0:0) sonra mətbuat konfransında bildirib ki, qarşılaşma başabaş mübarizədə keçib: “Əks-hücumlardan istifadə etdik. Müəyyən anlarda bəxtimiz gətirmədi. Oyundan şikayət etmirəm, lakin bəzi oyunçularım zədəli idi. Rəqibin bütün oyunlarını izləmişdik, Lakin "Xəzər Lənkəran"la bu cür azarkeş dəstəyi ilə oynamaq çox çətindir. Futbolçularıma təşəkkür edirəm”.

0
0