Arif Əsədov oyundan da narazı qaldı, Fərid Quliyevdən də
21.08.2010 - 23:12
“Komandamız iki fərqli hissə oynadı. İlk hissədə 3 top vursaq da, göstərilən oyun məni qane etmədi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Paytaxt təmsilçisi Unibank Premyer Liqasının III turunda “Simurq”u qəbul etdi. Rəqibini 4:0 hesabı ilə darmadağın etsələr də, gənc çalışdırıcı komandasından razı qalmayıb: “Fasilədə futbolçularla danışdıq. İkinci hissədə göstərilən oyundan razı qaldım. Ümumilikdə götürəndə nəticədən razıyam, lakin hələ də istədiyimiz oyunu görmürük. Fərid Quliyev istədiyimiz kimi oynaya bilmədi, ona görə ilk hissədə onu Cavid Hüseynovla əvəzlədik, oyunumuz canlandı".

0
0