“Qarabağ” Qurban Qurbanovla 100-ə çatdı
23.08.2010 - 13:20
“Qarabağ” Qurban Qurbanovla 100-ə çatdı
Unibank Premyer Liqasının III turu çərçivəsində MOİK – “Qarabağ” oyununda vurulan yeganə qol qonaqlar üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Georgi Adamiyanın vurduğu top Ağdam təmsilçisi və komandanın baş məşqçisi Qurban Qurbanov üçün yubiley əhəmiyyəti kəsb edib.

Belə ki, “Qarabağ” 2008-ci ilin yayından komandaya rəhbərlik edən 38 yaşlı çalışdırıcısının rəhbərliyi altında 100-cü qolu vurub. Qurbanovun yetirmələri 100 həddinə 84-cü oyunda çatıblar.

“Qarabağ”ın Qurbanovun rəhbərliyi altında vurduğu qollar

Mövsüm

çempionat

kubok

avrokubok

Cəmi

2008/09

35

9

-

44

2009/10

31

6

5

42

2010/11

2

-

12

14

Cəmi

68

15

17

100