AFFA jurnalistlər üçün avtomobil ayırdı
23.08.2010 - 13:50
Avqustun 23-dən 26-dək Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, avqustun 25-də, saat 17:00-da «Aeroport hotel»də KİV nümayəndələrinin millinin üzvləri ilə görüşü olacaq.
Həmin gün saat 18:30-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək məşq prosesindən çəkiliş aparmaq üçün də şərait yaradılacaq. Mətbuat nümayənədələrinin qeyd olunan tədbirlərdə iştirakına rahat şərait yaratmaq məqsədilə AFFA tərəfindən avtomobil ayrılacaq. Jurnalistlər avqustun 25-də saat 16:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək avtomobillə öncə «Aeroport hotel»ə, sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionuna gedə biləcəklər.
Mənbə: affa.az

0
0