“Qarabağ”ın qarşısına ayıq başla çıxmalıyıq!”
23.08.2010 - 14:30
“Qarabağ”ın qarşısına ayıq başla çıxmalıyıq!”
“Bundesliqaya ev oyunundakı məğlubiyyətlə başlamaq, bizə böyük üzüntü bəxş etdi. Çempionata belə başlamaq axmaqlıqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun futbolçusu Patrik Ovomoyela deyib.

30 yaşlı müdafiəçi Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Ağdamın “Qarabağ” klubu ilə cavab oyununda ehtiyatlı olmağı düşünür. Öz meydanında 4:0 hesabı ilə qələbə qazanan dortmundluların canına bu qorxunu “Bayer” salıb. Bakı səfəri öncəsi Leverkuzen təmsilçisi “Borussiya”nı səfərdə 2:0 hesabı ilə məğlub edib: “Özü də biz oyunun əvvəlini aşkar şəkildə rəqibə verdik. İndi “Bayer”lə görüşü tez təhlil edib, arxada qalan oyuna nöqtə qoymalıyıq. Çünki cümə axşamı “Qarabağ”la qarşılaşırıq. Həmin qarşılaşmaya ayıq başla çıxmalıyıq ki, Avropa Liqasının qrup mərhələsində oynamağımıza problem yaratmayaq”.

Qeyd edək ki, Ovomoyela Almaniya yığmasında 11 oyun keçirib.