“Srvena Zvezda”dan qovulan Subaşiç İranda klub axtarır
23.08.2010 - 15:25
“Srvena Zvezda”dan qovulan Subaşiç İranda klub axtarır
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç yenidən klubsuz qalıb. Apasport.az saytının məlumatına görə, Serbiyanın “Srvena Zvezda” klubu 28 yaşlı hücumçu ilə yollarını ayırmağa qərar verib. “Transfer pəncərəsi”nin bağlanması ərəfəsində heyətdə son “təmizləmə” işlərini aparan belqradlılar Branimirlə yanaşı, Darko Lazoviçlə də yollarını ayırıb.

Serbiya mətbuatı hər iki futbolçunun klub axtarışına çıxdığını və böyük ehtimalla Asiyaya üz tutacağını iddia edir. Avropada “transfer pəncərəsi”nin bağlanmasına az qalmış köhnə qitədə klub tapmağın çətinliyi ilə izah olunur. Branimirin Türkiyə və İran variantları üzərində baş sındırdığı bildirilir. Vaxtın azlığı isə onun məhz iranlılarla anlaşacağı gözlənilir.

Apasport.az-ın əldə etdiyi məlumata görə, Branimirə maraq göstərən İran klubu “Fulad”dır. Türkiyədə isə hücumçunu “Adanaspor” heyətində görmək istəyir.

Qeyd edək ki, 2005-ci ilin yayında “Neftçi”də peyda olub, milliləşərək yığmamıza cəlb olunan serbiyalı 2008-ci ilin ortalarında vətəninə dönsə də, “Srvena Zvezda” karyerası alınmayıb. 2008/09 mövsümünün UEFA kubokunda və çempionatın I dövrəsində oynadıqdan sonra, 2009-cu ilin yanvarında indiki vəziyyətə düşüb. “Transfer pəncərəsi”nin sonunda qapı göstərilən Subaşiç məcburiyyətdən Çinə yollanıb. Qayıtdıqdan sonra yarım il boş qalan hücumçu Avroliqada 1 oyun keçirsə də yenidən belqradlılara lazım olmayıb.