Yığmamız Özbəkistana ikinci oyunda da uduzdu
23.08.2010 - 17:35
Yığmamız Özbəkistana ikinci oyunda da uduzdu
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Özbəkistanda təlim-məşq toplanışında olan Təbriz Həsənovun yetirmələri bu ölkənin U-17 yığması ilə qarşılaşıblar. Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 7:2. Yığmamızın qollarını Namiq Ələsgərov və Nurlan Əhmədov vurublar.

Qeyd edək ki, bu yığmalar arasında ilk oyunda da özbəkistanlılar qalib gəlmişdilər – 3:1.

Mənbə: affa.az