Foqts “Qarabağ”ın 7 futbolçusu ilə görüşdü
23.08.2010 - 17:47
Foqts “Qarabağ”ın 7 futbolçusu ilə görüşdü
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün “Qarabağ”ın futbolçuları ilə görüşüb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssislə görüşdə Ağdam təmsilçisinin üzvləri Rəşad Sadıqov, Rəşad Sadiqov, Fərhad Vəliyev, Rauf Əliyev, Maksim Medvedev, Elvin Məmmədov və Samir Abasov iştirak ediblər. Onlar yığmamızın təlim-məşq toplanışı üçün yığışdığı “Aeroport hotel”ə gələrək Foqtsun “qonağı olublar”. Çalışdırıcı futbolçulara Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Dortmund “Borussiya”sı ilə keçirilən qarşılaşmadakı məğlubiyyəti unutmağı, cavab oyununa yüksək əhval-ruhiyyədə hazırlaşmağı tövsiyə edib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Foqtsun canlı izlədiyi görüşdə “Borussiya” “Qarabağ”ı böyük hesabla məğlub edib – 4:0.

Mənbə: affa.az