Bahodur Nasimov: Mənim işim qol vurmaqdır - MÜSAHİBƏ
23.08.2010 - 21:21
“Neftçi” klubunun özbəkistanlı legioneri, vurduğu 5 qolla Unibank Premyer Liqasının ən məhsuldar hücumçusu olan Bahodur Nasimovun müsahibəsi
- “Neftçi”yə yay transfer dönəmində qoşulan futbolçulardansınız. Özünüzü yeni komandada necə hiss edirsiniz?
- Bildiyiniz kimi, mən "Rubin"də çıxış edirdim. Kazan klubu Rusiya çempionatının son qalibidir, Premyer Liqada mübarizə aparan komandalar arasında güclü rəqabət mövcuddur. Məhz yay transfer dönəmində mənə "Neftçi"də baxışdan keçmək üçün təklif gəldi. Bu komandanın zəngin tarixə malik olduğunu bildiyim üçün həvəslə Bakıya yollandım.
- Bakıya gəldiyiniz ilk oyunda "Qəbələ"yə qol vurdunuz. Yeni komandanın heyətində fərqlənmək necə duyğudur?
- Həmin oyundan bir gün əvvəl Bakıya gəlmişdim. Təbii ki, bir az yorğunluq var idi. Buna baxmayaraq, qol vurmaq imkanını əldən vermədim.
- Türkiyə toplanışında da özünüzü yaxşı tərəfdən göstərə bildiniz. Belə təəssürat yaranır ki, hər oyunda qol vurmaq fikrindəsiniz...
- Düşünürəm ki, hücumçunun əsas işi qol vurmaqdır. Təbii ki, "Neftçi"nin forvardı kimi mənim vəzifəm rəqib qapıçıları məyus etməkdir. Hər oyunda üzərimə düşən vəzifənin öhdəsindən gəlmək üçün var gücümlə çalışıram.
Mənbə: neftchifc.com

0
0