Azərbaycanlı futbolçunun Türkiyə problemi
24.08.2010 - 08:28
Azərbaycanlı futbolçunun Türkiyə problemi
Türkiyənin “Altay” klubunun futbolçusu Rəhman Hacıyevun Bank Asiya I liqasının ilk turunda oynamamağının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, gənc futbolçu bir aydan artıqdır Türkiyədə olsa da klubu onun lisenziyasını hələ də almayıb. Buna səbəb isə Rəhmanın sənədlərinin Daxili İşlər Nazirliyində ilişib qalmasıdır. Məhz bu yubanma da Hacıyevin Türkiyədəki debütünü qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, ilk turda “Tavşanlı Linyit”lə qarşılaşan “Altay”ın gənc legioneri səfər qarşılaşmasına aparılmayaraq İzmirdə qalmışdı. Həmin görüş isə qolsuz heç-heçə ilə nəticələnib.