Aurelio “Beşiktaş”la müqavilə bağladı
24.08.2010 - 09:00
Aurelio “Beşiktaş”la müqavilə bağladı
“Beşiktaş” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi son mövsümü İspaniyanın “Betis” klubunda keçirən Mehmet Aurelio ilə 2 illik müqavilə imzalayıb. Türkiyə yığmasının Braziliya əsilli futbolçusu ilə “Qalatasaray” da maraqlanırdı.

Qeyd edək ki, Aurelio qonşu ölkədə “Fənərbaxça”da çıxış edib və bu klubda çıxışına görə “ay-ulduzlu” komandaya dəvət alıb.