“Real”ın yeni qapıçısı - Serxio Ramos!
24.08.2010 - 09:28
“Real”ın baş məşqçisi Joze Mourinyo komandası üçün yeni qapıçılar tapıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Madrid təmsilçisinin yeni mövsümü üçün planlarını açıqlayıb. Mourinyo komandasının qapıçıları İker Kasilyas və Yeji Dudekin sıradan çıxacağı halda, sahə oyunçularına güvənmək fikrindədir: “Biz artıq bu məsələyə aydınlıq gətirmişik. Serxio Ramos və Sami Xedira bizim qapıçılarımız olacaq. Onlar məşqlərdə də buna uyğun hazırlıq keçəcək”.
Yeni qapıçıların hər ikisi yığma üzvüdür. Serxio İspaniya, Sami isə Almaniya millisinin şərəfini qoruyur. Bundestimin Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olduğunu nəzərə alsaq, almanlar Xediranın timsalında yeni qapıçı qazanıblar.
Qeyd edək ki, Mourinyonun hesabına əlavə qüvvə qazanan Yoahim Lövün yetirmələri yığmamızın seçmə mərhələdəki ilk rəqibidir. Komandamız artıq sentyabrın 7-də Xedira və yoldaşlarının qonağı olacaq.

0
0