Azərbaycan futbolçuları Kretinqada başlayacaq
24.08.2010 - 09:46
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının “Palanqa” turnirindəki oyunlarının başlama vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamız Litvadakı oyunlarını iki şəhərdə keçirəcək.
Avqustun 24-də Qazaxıstanla qarşılaşacaq Adil Şükürovun yetirmələri Bakı vaxtı ilə saat 16:00-da Kretinqa stadionunda meydana çıxacaq. Ertəsi gün Belarusla keçiriləcək oyun da həmin arenada baş tutacaq. Bu qarşılaşma 2 saat tez başlamalıdır. Qrup mərhələsinin son matçında meydan sahibləri ilə oynayacaq millimiz nəhayət ki, Palanqada meydana çıxacaq. Bu görüşün başlama saatı 20:00-dır.
Qeyd edək ki, final oyunları avqustun 28-nə təyin olunub. Kretinqada baş tutacaq VII və III yer uğrunda oyunlar müvafiq olaraq 13:30 və 17:00-da başlayacaq. Palanqada isə V və I yer uğrunda mübarizə aparan komandalar meydana çıxacaq. Həmin görüşlər isə 16:00 və 19:00-a təyin olunub.

0
0