Milli komandamız şəhər komandasına qarşı
24.08.2010 - 09:54
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sumqayıt şəhərində təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Bernard Lippert hazırlığa 18 futbolçu dəvət edib. 3 gün davam edəcək məşqlərdə komandamız avqustun 25-də yoldaşlıq matçı keçirməyi planlaşdırır. Lippertin yetirmələrinin rəqibi Sumqayıtın 19 yaşlılardan ibarət yığması olacaq.
Qeyd edək ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 18:00-da başlayacaq.
Qeyd edək ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 18:00-da başlayacaq.
0
0