Sebastyan Kelin günahı üzündən “Borussiya” cəzalandırıldı
24.08.2010 - 10:11
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Borussiya” cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Klopp bütün futbolçularına pul cəriməsi kəsib.
Almaniyalı mütəxəssis bunu Bundesliqanın ilk turunun “Bayer”lə qarşılaşmasındakı zəif oyunla əlaqələndirib: “Bütün komanda cərimələnir. Çünki onlar “Bayer”lə görüşdə nəyə qadir olduqlarını göstərmədilər. Ümid edirəm ki, onlar növbəti matçda belə oynamayacaqlar”.
Klopp “Bayer”lə qarşılaşmada çox zəif çıxış edən Sebastyan Keldən daha çox narazı qalıb. O, komandanın kapitanının 0:2 hesablı məğlubiyyətdə böyük pay sahibi olduğunu düşünür və “Qarabağ”la Bakıdakı görüşdə meydana buraxmaq istəmir. Bunun üçün isə onun sərəncamında 20 yaşlı perspektivli Sven Bender var.
Qeyd edək ki, ilk oyunda “Qarabağ”ı 4:0 hesabı ilə məğlub edən “Borussiya” ilə təmsilçimiz arasında cavab oyunu avqustun 26-da keçiriləcək.

0
0