“Qarabağ”ın legionerləri Azərbaycanı tərk edirlər
24.08.2010 - 16:10
Avroliqanın pley-off mərhələsində “Borussiya” ilə qarşılaşacaq “Qarabağ”ın 4 legionerindən 3-ü milli komandasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara dəvət alıb. Apasport.az saytının məlumatına görə, Andrey Rubin sentyabrın 3-də və 7-də Latviya yığmasının Xorvatiya və Malta ilə oyunlarına çağırılıb. Ağdam klubunun albaniyalı üzvləri - Ansi Aqolli və Admir Teli də milli komandalarının Rumıniya və Lüksemburqla oyunlarında forma geyinmək şansı qazanıblar.
Qeyd edək ki, “Qarabağ”ın legionerlərindən yalnız Georgi Adamiya yığmasının şərəfini qorumur.
Qeyd edək ki, “Qarabağ”ın legionerlərindən yalnız Georgi Adamiya yığmasının şərəfini qorumur.
0
0