Vinfred Şafer: “Borussiya” ilə oyunda “Qarabağ”a azarkeşlik edəcəyəm
24.08.2010 - 16:22
Vinfred Şafer: “Borussiya” ilə oyunda “Qarabağ”a azarkeşlik edəcəyəm
“Qəbələ”yə qalib gəlməklə, uğursuzluğa son qoyduq. İndi artıq növbəti oyunlar barədə düşünürük. Məqsədimiz “qızıl dubl” etməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.

Almaniyalı mütəxəssis IV turda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb: “Bazar günü bizi çox maraqlı oyun gözləyir. Çünki Azərbaycanın ən iddialı klublarından ikisi qarşılaşacaq. “Qarabağ”ın Avroliqadakı oyunlarını izləyirəm. Avqustun 26-da da stadionda olacağam və “Borussiya” ilə oyunda “Qarabağ”a azarkeşlik edəcəyəm. Çünki son zamanlar Azərbaycan futbolu yüksəlişdədir. Bu səbəbdən də “Qarabağ”ın qələbə qazanmasını istəyirəm”.

Şafer klubun saytına bildirib ki, “Qarabağ” - “Bakı” qarşılaşması əsl futbol bayramına çevriləcək: “Çox istərdim ki, qarşılaşma Tofiq Bəhramov adına stadionda oynanılsın. Bir sözlə, azarkeşlərin futboldan zövq almasını istəyirəm. Çünki futbol məhz onlar üçün oynanılır. Dolu tribunaların dəstəyi altında çıxış etmək futboçulara da böyük zövq verəcək”.