“Von Fans Für Fans” Bakıya gəlir
24.08.2010 - 16:45
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Borussiya”nı azarkeşləri tək buraxmaq fikrində deyillər. Apasport.az saytının xəbərinə görə, “Von Fans für Fans” fanklubun üzvləri, eləcə də komandaya könül verən azarkeşlərdən təxminən 250-yə yaxını Bakıdakı matçda “sarı-qaralar”ı dəstəkləmək niyyətindədir.
Onlardan bir qrupu Almaniyadan gələcək. Digər fanatlar isə London, İstanbul, Riqa, Dubay şəhərlərindən Bakıya təşrif buyuracaqlar. Maraqlıdır ki, azarkeşlərin bu səfər zamanı nə qədər xərcə düşəcəyi hesablanarkən, oyuna biletin qiyməti 30 avrodan hesablanıb. Bura viza (60 avro) almağı da əlavə etsək, səfər hər bir azarkeşə təxminən 559 avroya başa gələcək. Bu məbləğə ölkəmizə gəldikdən sonra bir dəfə yemək və hansısa sərinləşdirici içkini qəbul etmək də daxildir.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0