Avstriya yığmasının heyəti açıqlandı
24.08.2010 - 17:26
Avstriya yığmasının heyəti açıqlandı
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Avstriya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Didi Konstantini düşərgəyə 23 futbolçu dəvət edib.

Onlardan dördü – David Alaba, Veli Kavlak, Kristof Lyaytqeb və Stefan Mayerhofer əsas komandaya ilk dəfə çağırılıblar. Yığmanın heyətində yer alan futbolçular 12 xarici klubu təmsil edirlər.

Qapıçılar: Kristian Qratçey (“Şturm”), Mixael Qspurninq (“Ksanti”, Yunanıstan), Jurqen Maxo (“Panionios”, Yunanıstan).

Müdafiəçilər: Ekrem Dağ (“Beşiktaş”, Türkiyə), Aleksandar Draqoviç (“Austriya”), Kristian Fuxs (“Maynz”, Almaniya), Florian Klein (“Austriya”), Manuel Ortlexner (“Austriya”), Emanuel Poqatetz (“Hannover 96”, Almaniya), Sebastian Prödl (“Verder”, Almaniya).

Yarımmüdafiəçilər: Yulian Baumqartlinqer (“Austriya”), David Alaba (“Bavariya”, Almaniya), Veli Kavlak (“Rapid”), Ümit Korkmaz (“Frankfurt”, Almaniya), Yakob Yantşer, Kristof Lyaytqeb, Frants Şiemer (hər üçü “Zalsburq”).

Hücümçular: Martin Harnik (“Ştutqart”, Almaniya), Ervin Hoffer (“Kayzerslautern”, Almaniya), Mark Yanko (“Tvente”, Hollandiya), Roland Linz (“Austriya”), Roman Vallner (“Zalsburq”), Stefan Mayerhofer (“Duysburq”, Almaniya).

Qeyd edək ki, Avstriya yığması sentyabrın 7-də Qazaxıstanı qəbul edəcək.