10 azərbaycanlı futbolçu Belarusla bacarmadı - FOTO
25.08.2010 - 15:18
Litvanın Palanqa şəhərində təşkil olunan ənənəvi beynəlxalq turnirin II turuna start verilib. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bugünkü rəqibi Belarus futbolçuları olub.
İlk turda qazaxıstanlı həmyaşıdlarını 3:1 hesabı ilə məğlub edən Adil Şükürovun yetirmələri bu dəfə eyni hesabla məğlub olublar. Millimizin heyətində yeganə qolu Mahir İbrahimov fərqlənib. O, matçın sonuncu dəqiqəsində qol vurmaqla, komandamızı böyük hesabla uduzmaqdan xilas edib. Bütün qollarını ikinci hissədə vuran belarusluların qələbəsində futbolçularımızdan birinin qırmızı vərəqə almasının da rolu olub. 52-ci dəqiqədə hesab 0:1 olarkən azlıqda qalan Şükürovun yetirmələri bundan sonra daha 2 dəfə oyuna mərkəzdən başlayıblar.
Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində sonuncu matçını avqustun 27-də Litvaya qarşı keçirəcək.

0
0