“Azərbaycanda hər komanda sensasiya etməyə qadirdir”
25.08.2010 - 23:01
“Azərbaycan çempionatında zəif rəqib yoxdur. Çempionatın ilk turları bunu bir daha sübut etdi. Hər komanda sensasiya etməyə qadirdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun futbolçusu Ramal Hüseynov deyib.
Komandasının keçirdiyi iki oyunda qələbə qazana bilməməsinə münasibət bildirən 26 yaşlı futbolçu bunun səbəbini heyətin tam komplektləşməməsi ilə əlaqələndirib: “Əsas çatışmazlıq kimi gec yığışmağımızı deyə bilərəm. Vaxtında təlim-məşq toplanışı keçə bilmədik. Oyuna iki gün qalmış düşərgəmizə futbolçular gəldi. İlk turda - “Simurq”la görüşdə komanda oyuna tam hazır deyildi. Yəni bir komanda kimi tam komplektləşməmişdik. Ona görə də doğma meydanda azarkeşlərimiz qarşısında qələbə qazana bilmədik. AZAL-la oyuna gəlincə, həmin görüşdə yaxşı oynadıq. Onlardan üstün futbol nümayiş etdirdik. İlk hissədə vurduğumuz qolla hesabda irəli çıxdıq. Ancaq gözləmədiyimiz halda uzaq məsafədən vurulan qol bütün ümidlərimizi üzdü. Buna baxmayaraq, “Qəbələ” ilə müqayisədə yerimiz yaxşıdır”.
Növbəti turda səfərdə “Muğan”la qarşılaşacaq Gəncə təmsilçisi qələbə qazanmaq niyyətindədir. Təcrübəli yarımmüdafiəçi komandasının 3 xalla tanışacağına inandığını bildirib: “Muğan”ın Premyer Liqada keçirdiyi oyunların lent yazısına baxmışıq. Güclü və zəif mövqelərini bilirik. Son turda Tovuzda “Turan”la keçirdiyi oyunu da stadiondan izlədik. İlk oyundur ki, səfərdə keçirəcəyik. İnanıram ki, 3 xalla geri dönəcəyik. İndiki gücümüzə əsasən deyə bilərəm ki, səfərdə 3 xal qazanmağa qadirik”.

0
0