Mərkəzi görüşlərin yeri və vaxtı müəyyənləşdi
25.08.2010 - 16:10
Mərkəzi görüşlərin yeri və vaxtı müəyyənləşdi
Unibank Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək mərkəzi görüşlərin başlanma vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionatın liderlərindən olan komandaların oyunları eyni saatda - 20:00-da başlayacaq. Lakin top fərqində ilk iki pillədə olan “İnter” və “Neftçi” avqustun 28-də, bu iki klubla eyni miqdarda xal toplayan AZAL və “Xəzər Lənkəran” ertəsi gün “Şəfa” stadionunda qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, oyunlarını “Şəfa”da keçirəcək bu 4 komanda Premyer Liqanın 3 turundan sonra hərəyə 7 xal toplamaqla liderlik edirlər.