“Alaniya”nın hücumçusu “Xəzər Lənkəran”da
25.08.2010 - 16:15
“Alaniya”nın hücumçusu “Xəzər Lənkəran”da
“Xəzər Lənkəran” klubu baxışa yeni futbolçu cəlb edib. Klubun rəisi Səməd Mustafayevin Lent.az-a verdiyi məlumata görə, bu, 20 yaşlı hücumçu Alan Alborovdur.

Alborovun sonuncu komandası Rusiya “Alaniya”sı olub. O, “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin istəyilə dəvət edilib. Rednik bu futbolçunu hələ 2009-cu ilin avqustundan noyabrınadək “Alaniya”ya rəhbərlik etdiyi vaxtdan tanıyır. Hazırda komandasına daha bir hücumçu axtaran rumıniyalı mütəxəssis Alborovu baxışdan keçirmək niyyətindədir.

Qeyd edək ki, 1,93 metr boya malik Alan Alborov “Alaniya”nın gənclər və əvəzedicilərdən ibarət komandalarında forma geyinib.