Sebastyan Kel: Biz futbol möcüzəsinin qurbanları olmayacağıq
25.08.2010 - 16:56
Sebastyan Kel: Biz futbol möcüzəsinin qurbanları olmayacağıq
Almaniyanın “Borussiya” klubu Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın rəqibi olan dortmundlular oyundan bir gün əvvəl matçın keçiriləcəyi şəhərimizə çatıb.

“Borussiya”nın kapitanı Sebastyan Kel hava limanında Azərbaycana uduzmaq üçün gəlmədiklərini açıqlayıb. İlk görüşdə 4:0 hesabı ilə qalib gələn almaniyalıların aparıcı futbolçusu “Qarabağ”ın qrup mərhələsinə çıxmasını möcüzə adlandırıb: “Biz futbol möcüzəsinin qurbanları olmayacağıq”.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” - “Borussiya” oyunu saat 21:00-da başlayacaq.