“Futbolçu hovuzda uzanıb “Coca-Cola” içir, bu, düzgün deyil”
25.08.2010 - 18:32
Azərbaycan milli komandası AVRO-2012-nin seçmə mərhələsində sentyabrın 7-də Kölndə Almaniya ilə keçirəcəyi oyunun hazırlıqlarına başlayıb. Apasport.az saytının xəbərinə görə, yığmamızın baş məşqçisi Berti Foqts məşqdən sonra təşkil olunan brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəlcə hazırlıq barədə məlumat verərdiniz...
- İlk dəfədir ki, fiziki hazırlıqdan narazı qaldım. Hazırda 4 futbolçu ilə bağlı problemimiz var. Belə ki, Vladimir Levin toplanış zamanı bizimlə məşq edə bilməyib. Çünki zədəlidir. Ruslan Abışov da “Neftçi”nin sonuncu matçında meydana çıxmayıb. Tam hazır deyil. Vaqif Cavadovdan Küveytlə oyunda narazı qaldım. Meydanda əvvəlki Vaqifi görə bilmədim. Çertoqanov da zədəli olduğu üçün məşqlərdə iştirak edə bilmir. Çempionat yeni başlayıb. Cəmi 3 tur arxada qalıb. Mövsümün sonu olsaydı, başa düşərdim. Tez zamanda zədəli futbolçuların sayının çoxalmasını, eləcə də fiziki formada olmamaları normal hal deyil. Əslində, bunun çox səbəbi ola bilər. Ola bilsin, klubları ilə ağır hazırlıq prosesi keçsinlər. Başqa tərəfi odur ki, yəqin klublarda oyunçulara lazımi qədər diqqət yetirilmir. Həkimlər, fizioterapevtlər futbolçuların zədələrini vaxtında müalicə etməlidirlər. Bəzi klubların futbolçulara yersiz istirahət vermələrini anlaya bilmirəm. Bu peşəkar futbolçunun işidir. O, gün ərzində 4-5 saat məşq etməli, oyun keçirməlidir. Hər bir futbolçu oyundan sonra bərpa prosesi keçməlidir. Bu çox vacib prosesdir. Özünü pis hiss edirsə, mütləq həkimə müraciət etməlidir. Uzun yol qət edirsə, masajçının yanına getməli, əzələlərini masaj etməlidir. Bərpa prosesi məşqin bir hissəsidir. Şahidi olmuşam ki, futbolçu hovuzda uzanıb, “Coca-Cola” içir. Bu düzgün deyil. Suda hərəkətləri düzgün yerinə yetirmək lazımdır. Təəssüflər olsun ki, Azərbaycanda keyfiyyətli oyunçuların sayı elə də çox deyil. Adlarını çəkdiyim 4 futbolçu Almaniyaya qarşı oynaya bilməsə, bu bizim üçün ciddi itki olacaq. Əgər bu proses Almaniya yığmasında baş versəydi, onlar üçün problem olmazdı. Çünki yerini dolduracaq oyunçuları çoxdur.
- Bəs Vaqif Cavadov?
- O fikirləşməlidir. Vaqifin problemi məlumdur. Mən ona az pul qarşılığında Azərbaycan klublarından birində oynamağı məsləhət görərdim. Küveytlə oyunda həmin Vaqifin olmadığını gördünüz. Hələ rəqib Küveyt yığması idi. Bu oyunla o mənə Almaniya ilə matçda kömək edə bilməz. Bir həftə əvvəl Moskvada MOİK - “Anji” oyununu izlədim. Oyundan sonra komandanın baş məşqçisi ilə söhbətimiz oldu. Komandanın həm məşq prosesi barədə məlumat aldım, həm də tibbi personalın işi ilə tanış oldum. İşlərin peşəkar səviyyədə qurulduğunu deyə bilərəm. Mahirin 6-7 ay ərzində artırdığının da şahidi olmusunuz. Almaniyaya 20 futbolçu ilə yola düşəcəyik. Fürsətdən istifadə edib, “Qarabağ”a “Borussiya” ilə oyunda uğurlar arzulayıram. Onların cavab oyununda yaxşı nəticə qazanacaqlarına və qrup mərhələsinə vəsiqə əldə edəcəklərinə inanıram. Avqustun 23-də “Qarabağ”ın heyətində çıxış edən yığma üzvləri ilə görüşdüm. Onlara MOİK-ə qarşı oynamamalarını başa düşmədiyimi söylədim. Futbolçular oynamağa hazır olduqlarını, amma bu haqda qərarı baş məşqçinin verdiyini dedilər. Baş məşqçiləri işini bilən adamdır. Sadəcə, İngiltərə, Almaniya kimi aparıcı futbol ölkələrində futbolçuların həftənin 4-cü günü avrokuboklarda, həftəsonu daxili yarışlarda çıxış etdiyi halda, azərbaycanlı futbolçuların niyə oynaya bilmədiklərini anlamaq mümkün deyil.
- Növbəti toplanışda yeni oyunçular olacaqmı?
- Belə futbolçu görmürəm.
- MOİK-in heyətində gənc futbolçular var ki, onlar əzmkarlığı ilə seçilirlər...
- Bu futbolçular Premyer Liqa oyunlarında nəticə qazana bilərlər. Amma onların beynəlxalq oyunlarda keyfiyyətli futbol nümayiş etdirməsi, nəticə qazanması mümkün deyil. Amma MOİK, “Simurq” kimi klubların gənc və yeniyetmə futbolçulara şans vermələrini dəstəkləyirəm. Uşaqların əvəzedici komandalarda çıxış etməsindənsə, Premyer Liqada oynamaları daha yaxşıdır.
- Milliləşdirilmiş futbolçularla vidalaşmağın vaxtı deyil?
- Cəmi 3 belə oyunçumuz var. Bu proses tədricən olacaq. Gənc nəslin yetişməsi vacibdir. Bu sahədə AFFA müəyyən işlər görür. Futbolçularımız ötən il “Bavariya”, “Hoffenheim” klublarının düşərgəsində hazırlıq keçdilər. Səlahət Ağayev “Hannover”də məşq etdi. Nəticələrlə maraqlandım. Məşqçilər bizim uşaqların onlarla eyni səviyyədə məşq etdiyini dedi.
- Fərid Quliyev “Neftçi”də əsas heyətə düşə bilmir. Onun problemləri ilə tanış olmusunuz?
- Fərid may-iyun aylarında keçirdiyimiz Moldova, Makedoniya və Hondurasa qarşı forma geyindi. Onun oyunundan çox razı qaldım. Yayda “Neftçi”yə keçən hücumçu Küveytlə matçda özünü zəif tərəfdən göstərdi. Məşqlərdə də axsadığını görürəm. Əvvəlki Fərid deyil. Hücumçu qapıya zərbə endirməlidir. Mən bunu Fəriddə görmədim.
- Uzun fasilədən sonra Aqil Nəbiyev, Tərlan Quliyev, eləcə də Tolqa Erginer milliyə dəvət edildi. Onların fiziki hazırlığından razısınızmı?
- Tərlan və Tolqa gəncdir. Onları indi fiziki hazırlığa görə deyil, taktiki cəhətdən nəyə qadir olduqlarını yoxlamaq üçün dəvət etmişəm. Tərlanı köməkçim Yansen Almaniyadakı turnirdə görüb. Məşqdə özünü yaxşı tərəfdən göstərdi. Təbii ki, yığmaya düşmək üçün uzun yol qət etmək lazımdır. Tərlan əvvəlcə “Neftçi”nin əsas heyətinə düşməlidir. Tolqa isə özü yığmada oynamaq üçün müraciət edib. Onun hələlik U-17-nin heyətində çıxış etməsini qərara almışıq. Sentyabrın 4-də Almaniya ilə keçiriləcək oyunda meydana çıxacaq. Biz Tolqanın nəyə qadir olduğunu öz yaşıdları arasında da yoxlayacağıq. Aqilə gəldikdə, əvvəlki formasını bərpa edib. Bu da AZAL-ın daha iddialı olması ilə bağlı ola bilər. Amma yaxşı bir müdafiəçi də tapmışıq. Söhbət Vurğun Hüseynovdan gedir. Saşa da artıq yığmaya dönüb. Onun hazırlıq durumundan razıyam. Artıq mövqe səhvi etmir. Görünür, futbolçu kimi müdafiəçi olan Toni Adams ona düzgün məşqlər keçib. Nodar Məmmədovun da adını qeyd edə bilərəm. Artıq aqressiv futbola üstünlük verir, topu asan itirmir.

0
0