Vladimir Levin çalışır, amma bilmir
25.08.2010 - 21:46
Vladimir Levin çalışır, amma bilmir
Zədəli olduğundan ötən şənbə “Xəzər-Lənkəran”a qarşı matçda forma geyinməyən “İnter”in müdafiəçisi Vladimir Levin millinin hazırlığında da tam gücü ilə iştirak edə bilmir. Apasport.az saytının məlumatına görə, futbolçu Almaniya ilə oyuna qədər yaşıl meydana dönmək niyyətindədir: “Tez müddətdə bərpa olmağa çalışacam. Almaniya ilə oyunda meydana çıxıb-çıxmayacağımı bilmirəm”.

Qeyd edək ki, onun IV tur çərçivəsində keçiriləcək “İnter” - “Neftçi” oyununda meydana çıxacağı sual altındadır.