Qurban Qurbanov “Qarabağ”ın durumundan razı deyil
25.08.2010 - 22:41
Qurban Qurbanov “Qarabağ”ın durumundan razı deyil
Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq "Qarabağ" bu gün son məşqinə çıxıb. Apasport.az saytının xəbərinə görə, ardından komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirdi.

Ağdam təmsilçisinin çalışdırıcısı komandasının durumundan tam razı deyil: "İlk oyundan böyük hesablı yenilgiylə dönmüşük. Belə nəticədən sonra turu adlamağımız çətin olacaq. Ancaq əlimizdən gələni etmişik ki, qarşıdakı oyunda daha baxımlı futbol sərgiləyə bilək, uğurlu nəticə qazanaq. Komandada hələ də psixoloji gərginlik var. İlk növbədə bunu aradan qaldırmağa çalışırıq. İnanıram ki, azarkeşlər meydanda sona kimi mübarizə aparan komanda görəcək. Əfranın yoxluğu çox hiss olunur. Hər nə qədər çalışsaq da, sırf onun yoxluğunu hiss etdirməmək bir qədər çətindi. Çünki İsmayılovun tam başqa oyun tərzi var".