Nuri Şahin: Möcüzəyə inananlara ümid yeri qoymadıq
27.08.2010 - 10:17
Nuri Şahin: Möcüzəyə inananlara ümid yeri qoymadıq
“Qarabağ”la oyun bizə nüfuz baxımından əhəmiyyət kəsb edirdi. Bunun üçün cavab qarşılaşmasında ölüm-dirim oyununa çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Borussiya” klubunun futbolçusu Nuri Şahin deyib.

Avroliqanın pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Dortmund təmsilçisinin türkiyəli futbolçusu bildirib ki, əsas məqsədləri ilk dəqiqədən qol buraxmamaq olub: “Tamaşaçılar hər an onları qələbəyə səsləsələr də, biz oyunun axarını dəyişməyə imkan vermədik. Yəni matçda möcüzəyə inananlarda ümid yeri qoymadıq. Məşqçimiz də bizə ilk dəqiqələrdən qol buraxmamaq tapşırığını vermişdi. Bunun sayəsində oyunumuz gözəl alındı və cavab görüşünü də qələbə ilə başa vuraraq qrup mərhələsinə vəsiqə qazandıq”.

Qeyd edək ki, “Borussiya” 2 oyunda Qurban Qurbanovun yetirmələrinin qapısından 5 cavabsız top keçirib.