Azərbaycan klublarının reytinq siyahısı açıqlandı
27.08.2010 - 12:32
Avrokubokların qrup mərhələsi ərəfəsində klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mövsüm mərhələ keçməyi bacaran yeganə Azərbaycan komandası “Qarabağ” təmsilçilərimiz arasında ən yaxşı nəticəyə malikdir. Bu il öz reytinqinə 1,900 xal əlavə edən ağdamlılar son 5 mövsümün nəticələrinə əsasən 4,233 xala malikdir. Bu isə Avropada 215-ci nəticədir.
Komandalarımız arasında ikinci olan “Bakı” 3,233 xalla “Qarabağ”dan 36 pillə geri qalır. Siyahıda yer alan 365 komanda sırasında daha 3 təmsilçimiz var. “İnter” 2,483 xalla 271-ci, “Xəzər Lənkəran”la “Simurq” isə 1,483 xalla 320-322-ci yerlərdə qərarlaşıblar.
Bundan başqa, cari mövsümün də reytinqi açıqlanıb. Təsnifat mərhələsinin ən yaxşı komandası adına Portuqaliya klubları şərikdir. “Benfika” və “Braqa” 4,800 xal toplayıblar. Bu yay hesabına 1,900 xal əlavə edən “Qarabağ” Şotlandiya klubları “Seltik”, “Motervell”, “Dandi Yunayted” və Belçika “Genk”i ilə 106-110-cu yerləri bölüşür.
131-136-cı yerlərə şəriklər arasında qərarlaşan “İnter”in hesabında 1,400, 177-ci olan “Bakı”nın 0,900, 198-ci olan “Xəzər Lənkəran”ın 0,650 xalı var.

0
0