Əfran İsmayılov mərhələni 7-ci yerdə başa vurdu
27.08.2010 - 12:48
Avropa Liqasının başa çatan təsnifat mərhələsinin bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıya Bolqarıstanın “Levski” klubunda çıxış edən Qarra Dembele başçılıq edir.
Daha iki futbolçu kimi 6 qol vuran Mali əsilli fransalı daha az – 476 dəqiqə ərzində bu qədər fərqlənib. Hollandiyanın “Utrext” klubunun üzvü Rikki van Volfsvinkel və Belarus təmsilçisi “Dnepr”də çıxış edən Vladimir Yurçenko eyni sayda qolu müvafiq olaraq 499 və 630 dəqiqəyə vurublar.
İlk “onluq”da qərarlaşan digər 7 oyunçunun hesabında isə hərəyə 5 qol var. Onlar arasında olan Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov meydanda 522 dəqiqə oynadığından, 7-ci pillədə qərarlaşıb.

0
0