“Qarabağ” 3 günlük istirahətə çıxdı
27.08.2010 - 13:12
Dünən Avropa Liqasının pley-of mərhələsinin cavab qarşılaşmasında Almaniyanın “Borussiya” klubuna minimal hesablı məğlub olan “Qarabağ” istirahətə yollanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara 3 günlük istirahət verib.
Avqustun 30-dan bir araya gələcək “Qarabağ” məşqlərini bərpa edəcək. Ancaq Qurban Qurbanov bütün futbolçuları sərəncamında görə bilməyəcək. Belə ki, milli komandaya dəvət alan futbolçular Avropa çempionatının seçmə oyunları başa çatdıqdan sonra düşərgəyə qoşulacaqlar.
Qeyd edək ki, Ağdam klubu həftəsonu Unibank Premyer Liqasının IV turu çərçivəsində “Bakı” ilə qarşılaşmalı idi. Ancaq Peşəkar Futbol Liqası həmin oyunu qeyri-müəyyən vaxta təxirə salıb.

0
0