“Xəzər Lənkəran” Bakıya qələbə üçün gəlir
27.08.2010 - 13:30
“Xəzər Lənkəran” Bakıya qələbə üçün gəlir
Sabah Unibank Premyer Liqasında IV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, avqustun 29-da “Xəzər Lənkəran” AZAL-ın qonağı olacaq.

Bu meydan sahiblərinin yeni adı altında lənkəranlılarla ilk oyunudur. Əvvəl “Olimpik” və “Olimpik-Şüvəlan” adları ilə Premyer Liqada çıxış edən “təyyarəçilər”lə çempionatda 10 dəfə üz-üzə gələn “Xəzər Lənkəran” aşkar üstünlüyə malikdir.

Paytaxt təmsilçisini 4 il qələbəyə həsrət qoyan əyalət komandası yalnız ötən il ilk dəfə bakılılara məğlub olub. Bu yeganə uğursuzluğun qarşılığında “Xəzər Lənkəran” 6 dəfə meydandan 3 xalla ayrılıb. Komanda 2 gün sonra baş tutacaq oyun üçün Bakıya 7-ci qələbə dalınca gəlib.

Qeyd edək ki, AZAL və “Xəzər Lənkəran”ın oyunları ilə bağlı maraqlı bir ənənə müşahidə olunur. Artıq 6-cı mövsümdür ki, birinci dövrədəki oyun Bakıda keçirilir. İkinci dövrədə isə AZAL səfərə yollanır. Bu komandalar arasında bu dəfəki kimi avqust ayına təsadüf edən yeganə qarşılaşma isə 5 il əvvəl baş tutub və “Xəzər Lənkəran” iki cavabsız qolla meydan sahiblərini məğlub edib.

AZAL-la çempionatdakı bütün oyunlar

Mövsüm

Tarix

Oyun

Hesab

2005/06

12.08.2005
12.02.2006

“Olimpik” – “Xəzər Lənkəran”
“Xəzər Lənkəran” - “Olimpik”

0:2
1:0

2006/07

17.09.2006
27.04.2007

“Olimpik” – “Xəzər Lənkəran”
“Xəzər Lənkəran” - “Olimpik”

1:2
3:2

2007/08

25.11.2007
17.05.2008

“Olimpik” – “Xəzər Lənkəran”
“Xəzər Lənkəran” - “Olimpik”

0:0
0:0

2008/09

20.09.2008
14.03.2009

“Olimpik” – “Xəzər Lənkəran”
“Xəzər Lənkəran” - “Olimpik”

0:1
0:0

2009/10

21.10.2009
10.12.2009

“Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”
“Xəzər Lənkəran” - “Olimpik-Şüvəlan”

1:0
2:1



AZAL-la oyunların balansı

 

O

Q

H

M

T

Evdə

5

3

2

0

6-3

Səfərdə

5

3

1

1

5-2

Cəmi

10

6

3

1

11-5


Mənbə: lankaranfc.com