UEFA Rauf Əliyevlə bağlı səhvini düzəltdi
27.08.2010 - 13:38
Qitə futbol qurumu UEFA yol verdiyi yanlışlığı aradan qaldırıb. Apasport.az saytının məlumatına görə, indiyədək UEFA-nın bayrağı altında keçirilən yarışlarda “Qarabağ”ın və Azərbaycan milli komandasının üzvü Rauf Əliyevin adını Raut Əliyev kimi ictimaiyyətə təqdim edən Mişel Platinin rəhbəri olduğu təşkilat səhvini düzəldib.
Avropa Liqasının ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulan Ağdam klubunun keçirdiyi əvvəlki 6 oyunda Raufu Raut olaraq göstərən UEFA təmsilçimizin pley-of mərhələsində “Borussiya” ilə oyunlarında bu səhvi aradan qaldırıb.

0
0