“Qarabağ”ın növbəti məğlubiyyəti
28.08.2010 - 19:18
“Qarabağ”ın növbəti məğlubiyyəti
Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun bu gün keçirilmiş oyunlarının hər birində 2 qol vurulub. Meydan sahibləri və qonaqlar hərəyə 3 dəfə fərqləniblər. Çempionluğa iddialılardan “Bakı” və “Qarabağ”ın qarşılaşması daha çox maraq kəsb edib. Paytaxt təmsilçisi əsas komandanın üzvlərinin qolları hesabına 2:0 hesabı ilə qalib gəlib. Moldovalı legioner Vyaçeslav Sofroni də əvəzedici komandada qol vurub.

Qeyd edək ki, ötən mövsüm əvəzedicilərin çempionu olan “Qarabağ” cari birincilikdə ikinci dəfə məğlub olub.

IV tur
"Qəbələ" – MOİK – 1:1
Pərvin Paşayev, 6 (p.) - Orxan Babayev, 90

AZAL - "Xəzər Lənkəran" - 2:0
Elgün Abbaslı, 38; Elmin Çobanov, 50

"Qarabağ" - "Bakı" - 0:2
Emin Cəfərquliyev, 79; Vyaçeslav Sofroni, 86

1 "İnter" 4 3 0 1 6-3 9
2 "Turan" 4 3 0 1 5-2 9
3 "Bakı" 4 2 1 1 4-2 7
4 "Qəbələ" 4 2 1 1 8-6 7
5 MOİK 4 2 1 1 5-3 7
6 AZAL 4 2 1 1 3-2 7
7 "Qarabağ" 4 2 0 2 3-4 6
8 "Neftçi" 4 2 0 2 10-6 6
9 "Muğan" 4 2 0 2 4-4 6
10 "Gəncə" 4 1 0 3 6-6 3
11 "Xəzər Lənkəran" 4 1 0 3 2-7 3
12 "Simurq" 4 0 0 4 2-13 0