Millimiz Moldova yığmasına böyük hesabla uduzdu
28.08.2010 - 19:27
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Litvada təşkil olunmuş ənənəvi “Palanqa turniri”ndə çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində 3-cü olan Adil Şükürovun yetirmələri bu gün keçirilən final matçında 5-ci yer uğrunda mübarizə aparıb. Moldovalı həmyaşıdları ilə görüşən futbolçularımız böyük hesabla məğlub olublar – 0:3.
Bütün qolları ikinci hissədə - 43, 50 və 56-cı dəqiqələrdə buraxan yığmamız matçı 9 nəfərlə bitirib. Belə ki, oyunçularımızdan biri 50, digəri isə 71-ci dəqiqədə aldığı qırmızı vərəqə üzündən meydandan qovulub. Moldovalılardan isə yalnız bir futbolçu eyni aqibətlə üzləşib. Bu 71-ci dəqiqədə baş verib.
Qeyd edək ki, millimizin 6-cı yeri tutduğu “Palanqa turniri”ndə 8 komanda mübarizə aparırdı.

0
0