“Gəncə”nin futbolçuları tərifə layiq oynadılar
28.08.2010 - 19:51
“Gəncə”nin futbolçuları tərifə layiq oynadılar
“Gəncə” klubunun baş məşqçisi Fuad İsmayılov yetirmələrindən razı qalıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının IV turu çərçivəsində “Muğan”la səfər oyununda əldə olunan heç-heçə təcrübəli mütəxəssis üçün qənaətbəxş nəticə olub.

İsmayılov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında
Futbolçularını tərifləyib: "Komanda verilən tapşırıqları tam yerinə yetirdi. Havanın isti olmasına baxmayaraq futbolçularım oyun boyu dayanmadılar, meydanın hər yerində mübarizə apardılar".

Qeyd edək ki, “Muğan” – “Gəncə” görüşü 1:1 hesabı ilə başa çatıb.