“Azərbaycan millisi məni təəccübləndirdi”
31.08.2010 - 12:00
“Azərbaycan milli komandası xoşuma gəldi. Onlar hətta məni təəccübləndirdi də”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev deyib.
Avro-2011-in seçmə mərhələsinin sentyabrın 7-də keçiriləcək son oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq belarusluların çalışdırıcısı yığmamıza yaxşı bələddir. Təcrübəli mütəxəssis sentyabrın 3-də üz-üzə gələcəkləri Şotlandiya ilə yığmamızın görüşünü izlədikdən sonra hər iki rəqibi ilə yaxından tanış olub: “Azərbaycanlılar azlıqda qalmalarına baxmayaraq, 60 dəqiqə rəqibi ilə bərabər mübarizə aparmağı bacardılar. Özü meydan sahiblərinə qarşı sadəcə, mübarizə aparmaqla kifayətlənmirdilər. Onlar iki dəfə hesabda da irəli çıxdılar. Sonda 2:2 hesabı ilə bitən matçda azərbaycanlılar topu qabağa vurmaqla yox, yaxşı futbol oynamaqla məşğul idilər”.
Kondratyev yığmamızı udmağın yollarını da tapıb: “Şotlandiya və Azərbaycanla matçlarda bizi iki ağır oyun gözləyir. Lakin biz əsas diqqəti öz komandamıza yönəltməli və yaxşı hazırlaşmalıyıq. Sürətli, aqressiv oynayıb rəqib qapısına təzyiq edə bilsək, həm Azərbaycan, həm də Şotlandiyanı məğlub edə bilərik”.
Qeyd edək ki, Azərbaycan yığması Belarusla səfər oyununa qədər, sentyabrın 3-də Albaniya ilə Bakıda görüşəcək.

0
0