Arif Əsədov: Uşaqları tərpətmək istəyirik
31.08.2010 - 12:11
“Neftçi” milli komandaların rəsmi oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasilə müddətində hazırlığını Bakıda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi sabah bir araya gələcək.
Baş məşqçi Arif Əsədov sentyabrın 1-də bir məşq keçəcəklərini deyib: “3 günlük istirahətdən sonra uşaqları bir balaca tərpətmək istəyirik. Sabahkı məşqimizi dəniz kənarında keçəcəyik. Sonrakı günlərdə 2 məşq edəcəyik. Səhər çalışmasında fiziki, axşam məşqində isə taktiki-texniki hazırlığa üstünlük verəcəyik”.
Bu arada “Neftçi” yoxlama oyunu keçirməyi planlaşdırıb. Artıq sınaqçı rəqibin kimliyi də dəqiqləşib. Belə ki, “Neftçi” Unibank Premyer Liqasının III turunda 4:0 hesabı ilə məğlub etdiyi “Simurq”la sentyabrın 6-da yenidən üz-üzə gələcək. Oyunun hansı stadionunda keçiriləcəyi hələ dəqiqləşməyib.

0
0