Despotovski: İlk çempionluğumu Azərbaycanda bayram etmək istəyirəm
31.08.2010 - 12:20
Despotovski: İlk çempionluğumu Azərbaycanda bayram etmək istəyirəm
“Mən “Vorskla”nın heyətinə Ukrayna kubokunun sahibi olmuşam. Ancaq hələ heç bir komanda ilə çempion titulunu qazanmamışam. Azərbaycanda bunu bayram etmək üçün bütün gücümü qoyacağam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun yeni transfer Filip Despotovski UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Son çempionumuzla bir illik müqavilə bağlayan 27 yaşlı yarımmüdafiəçi Makedoniya yığmasının aparıcı futbolçularından sayılır. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Slovakiya, 7-də Ermənistanla oyunlara çağırılan Despotovski bundan sonra yeni komandasında heyətində debüt edəcək: “Mən “İnter”in “Neftçi”yə 0:2 hesabı ilə uduzduğu oyunu izləmişəm. Ümid edirəm ki, bu, klubum üçün mövsümdə sonuncu məğlubiyyət olacaq”.

Qeyd edək ki, Despotovski çempionatımızda oynayacaq 3-cü makedoniyalı futbolçu olacaq. “Neftçi”nin bu yay transfer etdiyi müdafiəçi İqor Mitreski ilə yarımmüdafiəçi Slavço Georgiyevski onun yığmadakı komanda yoldaşlarıdır.