“Devran Ayhanın klubumuz qarşısında öhdəlikləri var”
31.08.2010 - 12:54
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Yığmanın oyunları ilə əlaqədar yaranmış fasilədə komandanız hazırlığı harada davam etdirəcək?
- AZAL-la oyundan sonra futbolçular istirahətə buraxılıb. Komanda sentyabrın 5-də bir araya gələcək. Məşqlərimizi Lənkəranda həyata keçirəcəyik.
- Ölkə xaricində toplanış keçirməyi düşünmürsünüz?
- Vaxtımız elə çox deyil ki, hansısa ölkəyə təlim-məşq toplanışına yollanaq. Ona görə bazamızda hazırlıq keçirəcəyik.
- Transferə çıxardığınız Devran Ayhan özünə yeni komanda tapıb. Onun “Qarabağ”a keçidi rəsmiləşib?
- Futbolçu Qarabağ“la müqavilə imzalayıb. Amma onun bizim klub qarşısında öhdəlikləri var. Bu məsələ yoluna qoyulmalıdır.
- Maddi məsələdir?
- Bəli. Devranın keçidinə görə “Qarabağ” bizə pul ödəməyəcək. Sadəcə, futbolçunun “Xəzər Lənkəran”la həll onunmamış işi qalıb.
- Emeka Oparanı da geri qaytardınız. O, əsas komandada çıxış edəcək, yoxsa əvəzedici heyətdə?
- Oparanı Rednikin istəyi ilə transferə çıxarmışdıq. Ancaq futbolçu özünə klub tapa bilmədiyinə görə, heyətimizə qatdıq. Belə götürəndə Opara pis futbolçu deyil. Onun əsas və ya əvəzedici komandada oynayacağına baş məşqçi qərar verəcək. Ümumiyyətlə, əvəzedici komandada oynamağı bu qədər şişirtmək lazım deyil. Bütün dünyada bu praktikadan istifadə edirlər.
- Komandanın çıxışı barədə nə deyə bilərsiniz?
- Hələ bir top da buraxmamışıq. Pis nəticə deyil. Qarşıdakı oyunlarda daha gözəl və əzmkar oyun nümayiş etdirəcəyimizə inanıram. Arxada qalan 4 matçın üçündə qələbə qazanıb, yalnız son çempionla matçda heç-heçə etmişik.
- Oyun baxımından necə, komandadan razısınız?
- I, II və III turda ən baxımlı oyunlar “Xəzər-Lənkəran”ın ifasında nümayiş etdirildi. Məncə, komanda gözəl oyun nümayiş etdirir.
- Amma IV turda qələbəni əlavə vaxtda qazandınız...
- Bu futboldur. Sona qədər oynamaq lazımdır. AZAL da zəif komanda deyil. Tam fərqli oyun nümayiş etdirirlər. Ancaq oyunu izləyənlər üstünlüyün kimin tərəfində olduğunu gördü. Komandamızın heyətində yeni futbolçular çoxdur. Onların uyğunlaşması üçün vaxt lazımdır.

0
0