4 min manatlıq təpik
31.08.2010 - 13:02
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Unibank Premyer Liqası, həmçinin əvəzedicilərin çempionatı ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb. Bu qərarlara əsasən klublar ümumilikdə 5100 manat cərimə olunub.
Unibank Premyer Liqasının IV turunun “Muğan” – “Gəncə” matçının sonunda aqressiv hərəkətlərə yol verərək, rəqibini ayaqla vuran Rafael Əmirbəyov 4 oyunluq cəzalanıb. Müdafiəçi həm də gəncəliləri 4 min manat ziyana salıb.
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Qarabağ” – “Bakı” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində meydandan qovulan Elvin Xudadatov 1 oyunluq cəzalanmaqla yanaşı ağdamlıları 100 manat ziyana salıb. “Qəbələ” – MOİK matçında 6 futbolçusu sarı vərəqə alan meydan sahibləri də 500 manat ödəməli olacaq.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0