Mahir Şükürov himnə üz çevirdi - FOTOSESSİYA
31.08.2010 - 13:10
Mahir Şükürov himnə üz çevirdi - FOTOSESSİYA
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov xoşagəlməz olayın iştirakçısı olub. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə həmyerlimizin formasını geyindiyi Mahaçqalanın “Anji” klubunun “Sibir”lə ev oyunundan əvvəl baş verib.

Belə ki, 28 yaşlı yarımmüdafiəçi Premyer Liqanın son turunda “Sibir”lə ev oyununda (1:0) Rusiya himni oxunarkən komanda yoldaşlarından fərqli, nümayişkəranə surətdə çevrilib və bayrağı alqışlamaqdan imtina edib.