Yığmamız Akademiyanın stadionunda hazırlaşacaq
31.08.2010 - 14:40
Yığmamız Akademiyanın stadionunda hazırlaşacaq
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Albaniya ilə ev oyununa məşq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Bernard Lippert hazırlığın çox hissəsini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadionunda keçirəcək. Yalnız son məşqin oyun keçiriləcək mərkəzi arenamızda olması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan – Albaniya oyunu sentyabrın 4-də keçiriləcək.

1 sentyabr
10:00 – ADBTİA-nın stadionu
18:00 – ADBTİA-nın stadionu – mətbuat üçün açıq məşq

2 sentyabr
18:00 – ADBTİA-nın stadionu

3 sentyabr
18:00 – Tofiq Bəhramov adına Respublika stadionu