“Qalatasaray”dan 2 transfer bombası
31.08.2010 - 15:03
“Qalatasaray” Avropada “transfer pəncərəsi”nin bağlanmasına bir neçə saat qalmış 2 transfer reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılı” klub öncə “Volfsburq”un bosniyalı ulduzu Zvjezdan Misimoviçin keçidini həll edib. 8 milyon avroya transfer olunan hücumçu Türkiyədə ilinə 3 milyon avro alacaq.
Hücum xəttində problemlərini həll etdikdən sonra İstanbul klubu “Liverpul”un argentinalı sol cinah müdafiəçisi Emiliano İnsua ilə də danışıqları müsbət yekunlaşdırıb. 2 dəfə milli komandasının formasını geyinən futbolçu Türkiyədə icarə əsasında çıxış edəcək. “Qalatasaray” 21 yaşlı İnsua ilə 1 illik razılığa gəlib.
Qeyd edək ki, Misimoviç artıq Türkiyədədir. Argentinalı müdafiəçinin isə sabah düşərgəyə gəlməsi gözlənilir.

0
0