22 albaniyalı futbolçu Bakıya gəlir
31.08.2010 - 15:14
22 albaniyalı futbolçu Bakıya gəlir
21 yaşadək futbolçulardan ibarət Albaniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avro-2011-in seçmə mərhələsinin sentyabrın 4-də keçiriləcək görüşündə Azərbaycan yığması ilə qarşılaşacaq albaniyalıların heyətinə 22 futbolçu cəlb olunub. Rəqibimizin baş məşqçisi Artan Buşati Bakıda güvənəcəyi oyunçuların siyahısına cəmi 2 qapıçı daxil edib. Albaniya millisi səfər qarşılaşmasına 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçu ilə çıxacaq.

Qapıçılar: Şpetim Moçka (“Flyamurtari”), Stivi Fraşeri (“Bilis”)

Müdafiəçilər: Roland Peqini (“Dinamo”), Klodjan Semina, Arsen Sikay, Olsi Qocay, Alis Baçi (hamısı “Vlajnia”), Hamels Hoksa (“Nasional”), Rustem Hoksa (“Teuta”), Alban Çauşay (“Flyamurtari”)

Yarımmüdafiəçilər: Sabien Lilaj(“Tirana”), Orges Qava (“Elbasani”), Asion Daja (“Dinamo”), Sokol Cikalleşi (“Besa”), Orion Xemalay (“Teuta”) , Haris Dalipi, Armando Vajuşi (hər ikisi “Vlajnia”)

Hücumçular: Bekim Bala (“Gənclərbirliyi”, Türkiyə), Vasil Şkurtay (“Panionios”, Yunanıstan), Ardit Şehay, Odise Roşi (hər ikisi “Flyamurtari”), Bledar Maraşi (“Laçi”).