FİFA referimiz Serbiyaya yollanır
31.08.2010 - 15:51
Futzal üzrə azərbaycanlı FİFA referisi yeni təyinat alıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, futzal üzrə UEFA kubokunun əsas raundunun oyunlarında ədalət prinsiplərini qoruyacaq hakimlərdən biri Elçin Səmədli olacaq. Həmyerlimiz Serbiyada keçiriləcək 6-cı qrupun görüşlərini idarə edəcək.
Qeyd edək ki, bu qrupda «Ekonomats» (Serbiya), «Aksion-21» (Belçika), «Akademiya» (Polşa) və «Kremlen Bisetr» (Fransa) komandaları mübarizə aparacaqlar. Oyunlar sentyabrın 27-dən oktyabrın 2-dək keçiriləcək.

0
0