Robinyo “Milan”la müqavilə bağlayır
31.08.2010 - 16:00
Tanınmış braziliyalı futbolçu Robinyo karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Milana eyni adlı klubla müqavilə bağlamağa gəlib.
İngiltərənin “Mançester Siti” klubuna məxsus olan Robinyo yaxın vaxtda tibbi müayinədən keçərək, rəsmi anlaşma imzalayacaq.
Qeyd edək ki, Robinyo ötən mövsümü vətənində icarə əsasında “Santos”da keçirib. O, “Mançester Siti”nin hazırkı italiyalı baş məşqçisi Roberto Mançininin gəlişindən sonra komandadan ayrılası olub.
Ön xəttini gücləndirən “Milan” Robinyoya qədər daha bir hücumçu, “Barselona”dan isveçli Zlatan İbrahimoviçi transfer edib.

0
0