Azərbaycan millisi II səbətdə
31.08.2010 - 16:36
Azərbaycan millisi II səbətdə
Futzal üzrə növbəti Avropa çempionatının püşkatma mərasiminin keçiriləcəyi tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsinin püşkü sentyabrın 24-də atılacaq.

Final mərhələsi Xorvatiyada keçiriləcək sayca VII qitə birinciliyinin seçmə mərhələsində 20 komanda mübarizə aparacaq. 2012-ci il yanvarın 31-dən fevralın 12-dək baş tutacaq həlledici oyunlara 11 vəsiqə uğrunda mübarizə aparacaq komandalar 6 seçmə qrupa bölünəcək. Qruplarda birinci yeri tutan komandalar və ikinci yeri tutan ən yaxşı 5 yığma Xorvatiyaya vəsiqə qazanacaq.

Püşkatma ərəfəsində UEFA iştirakçıları səbətlərə bölüb. Bu ilin qışında Çexiyada təşkil olunan Avro-2010-da yarımfinala çıxıb, IV yeri tutan Azərbaycan milli komandası II səbətdə yer alıb. İlk iki səbətdən fərqli, sonuncu səbətlə bağlı qeyri-müəyyənlikdir. Belə ki, 3 komandanın reytinqi eyni olduğundan onların taleyinin necə olacağına hələ aydınlıq gəlməyib. Onların böyük ehtimalla təsnifat mərhələsində qarşılaşacaqları gözlənilir. Həmin turnir baş tutarsa qalib III səbətdə yer alacaq.

Qeyd edək ki, seçmə mərhələnin qruplarına ev sahibliyi edəcək ölkələr püşkatma zamnı müəyyənləşəcək.

I səbət: İspaniya (7,393), İtaliya (6,306), Portuqaliya (5,939), Rusiya (5,417), Çexiya (4,333), Ukrayna (4,190).

II səbət: Serbiya (3,333), Azərbaycan (3,194), Macarıstan (2,778), Rumıniya (2,611), Belarus (2,528), Sloveniya (2,444).

III səbət: Belçika (2,167), Slovakiya (2,000), Hollandiya (1,556), Polşa (1,555), Qazaxıstan (1,444), ...

Qeyri-müəyyənlər: Bosniya və Herseqovina (1,333), İsrail (1,333), Litva (1,333)