“Neftçi” - “Muğan” oyununun başlama vaxtı dəqiqləşdi
31.08.2010 - 16:45
“Neftçi” - “Muğan” oyununun başlama vaxtı dəqiqləşdi
“Neftçi” klubunun Unibank Premyer Liqasının V turunda “Muğan”la görüşünün başlama saatı müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.

Sentyabrın 11-də baş tutacaq flaqmanın Salyan təmsilçisi ilə görüşü “Lider” TV vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, 4 turdan sonra "Neftçi" 10 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Muğan” isə 5 xalla 5-ci yerdədir.